Hazırda Azərbaycan iqtisadiyyatının builki artımını, oktyabrda proqnozlaşdırdığımız kimi, 2% səviyyəsində olacağını gözləyirik.
Eləcə də bax: "Moody's": Azərbaycan iqtisadiyyatı bu il - 4% Artacaq
FED.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa deyib.
O əlavə edib ki, Fond Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını proqnozlaşdırır.
Hazırda Azərbaycan iqtisadiyyatının builki artımını, oktyabrda proqnozlaşdırdığımız kimi, 2% səviyyəsində olacağını gözləyirik.
Ölkə üzrə missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin "World Economic Outlook" adlı hesabatında açıqlanacaq.
Xatırladaq ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı – 1,9%, BMT – 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb, inflyasiya isə 2,8% səviyyəsində olub. (Apa)