"Azərbaycanın bank sektoru əhəmiyyətli kapital və likvidlik buferlərinə malikdir və problemli kreditlərin həcmi azalır".
Eləcə də bax: BVF-dən Azərbaycanın dövlət borcu ilə bağlı - Proqnoz
FED.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası və onunla əlaqəli iqtisadi pozuntuların gələcəkdə bank kreditlərinin keyfiyyətinə necə təsir göstərəcəyi hələ qeyri-müəyyəndir: "Kreditlərin bir çoxu pandemiya dövründə restrukturizasiya olunub və onların gələcək illərdəki performansı qeyri-müəyyəndir".
Qeyd edək ki, 2021-ci ilin yanvarın 31-nə Azərbaycanda ödəmə müddəti keçmiş kreditlərin həcmi 900,4 mln. manat təşkil edib. Bu göstərici son bir ayda 0,8% artıb, illik müqayisə isə 31,1% azalıb və cəmi kreditlərdə payı 6,2% təşkil edib. (Apa)