Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə yenilənmiş regional icmalında öz əksini tapmış proqnozlara görə, AMB-nin valyuta ehtiyatları 2020-ci illə müqayisədə dəyişməyərək 2021-ci ilin sonuna $6,3 milyard təşkil edəcək.
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə AMB-nin ehtiyatları $6,5 milyarda qədər artacaq.
BVF-nin proqnozlarına əsasən, 2021-ci ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 4,1 ay, 2022-ci ildə isə 4,3 ay ərzində ödəmək üçün kifayət edəcək.
31 mart 2021-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları $6 milyard 356,2 milyon təşkil edir və I rübdə 0,2% azalıb.(İnterfaks)