2021-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $82,5, 2022-ci ildə $66,4 təşkil edəcək.
Eləcə də bax: Dünya Bankı neftin builki qiyməti üzrə proqnozunu - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.
İcmalda bildirilir ki, 2020-ci ildə bu göstərici neftin bir bareli üçün $65 təşkil edib.
“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Bundan başqa, BVF proqnozlaşdırır ki, 2021-ci ildə Azərbaycan üçün xarici ticarətdə bir barel neftin itkisiz qiyməti (external breakeven oil price) $98,6, 2022-ci ildə isə $98 barel (2020-ci ildə $69,5) təşkil edəcək.
Fondun proqnozlarına görə, Azərbaycandan neft ixracı 2020-ci ildəki gündəlik 0,58 milyon bareldən 2021-ci ildə 0,54 milyon barelə, 2022-ci ildə isə 0,5 milyon barelə qədər azalacaq.
Azərbaycanın 2021-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti $40 səviyyəsində nəzərdə tutulub. (İnterfaks)