Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelinin orta qiymətinin bu il 16,2% azalaraq 81,13 dollara düşəcəyini proqnozlaşdırır.
BVF Rusiya üçün proqnozunu yaxşılaşdırıb - ABŞ ÜÇÜN PİSLƏŞDİRİB
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatınını yanvar ayı yeniləməsində bildirilir.
“2023-cü ildə neftin qiymətinin təxminən 16%, qeyri-yanacaq əmtəələrinin qiymətlərinin isə orta hesabla 6,3% ucuzlaşacağı gözlənilir”, - deyə hesabat müəllifləri qeyd edirlər.
"Hesablanan orta proqnoz qiyməti 2023-cü il üzrə 81,13 dollar, 2024-cü il üzrə isə 75,36 dollar təşkil edir", - hesabatda deyilir. Beləliklə, gələn il neftin qiyməti 7,1% azalacaq.
BVF-nin məlumatına görə, “enerji bazarları Ukraynadakı münaqişənin yaratdığı iqtisadi şoklara gözlənildiyindən daha sürətli uyğunlaşıb. Bununla belə, keçən il "qlobal enerji və ərzaq qiymətlərinin kəskin artması yaşayış xərcləri böhranına səbəb olub". Fond bildirir ki, Ukraynadakı münaqişə səbəbindən gözləniləndən yüksək neft, qaz və ərzaq qiymətləri inflyasiyasını yenidən artıra bilər. (Marja)