Hesablama Palatası tərəfindən bu ilin birinci yarısında da əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb.
Büdcədə 1 milyard 400 milyon manat - ARTIQ VƏSAİT TOPLANIB
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.
Əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan 25,5 mln. manatın 5,9 mln. manatının 2023-cü ilin ilk 6 ayında pul və əvəzləşdirmə formasında bərpası təmin edilib.
2023-cü ilin İş Planı üzrə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri əsasında qəbul edilmiş kollegiya qərarlarına əsasən isə pul, əvəzləşmə və natura ifadəsində, eləcə də vergi öhdəliklərinin dövlət büdcəsinə hesablanması şəklində cəmi 22,9 mln. manat vəsaitin bərpası istiqamətində təkliflər verilib.
Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 mln. manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməyib.
Qeyd edək ki, bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödənişlər təşkil edir. (Apa)