2025-ci ildə Azərbaycanın dövlət büdcəsinə 39 milyard 131,2 milyon manat vəsait daxil olub, büdcədən 38 milyard 603,6 milyon manat vəsait xərclənib.
“Moody’s Ratings” agentliyindən Azərbaycandakı vəziyyətlə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Nəticədə 2025-ci ildə dövlət büdcəsində 527,6 milyon manatlıq profisit - artıqlıq yaranıb.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2025-ci ildə büdcənin gəlirləri proqnozdan artıq olub. Belə ki, büdcədə 38 milyard 356 milyon manat gəlir gözlənilsə də, 39 milyard 131 milyon gəlir əldə edilib – gəlirlər proqnozdan 775 milyon manat artıq olub.
Gəlirlərin artmasına baxmayaraq, hökumət büdcə xərclərinə ciddi şəkildə qənaət edib. Belə ki, proqnoza görə 2025-ci ildə büdcənin xərcləri 41 milyard 407 milyon manat olmalı olduğu halda, reallıqda 38 milyard 603,6 milyon manat xərclənib.
Bu nəzərdə tutulandan 2 milyard 801 milyon manat azdır.









