2025-ci ilin birinci yarımilində iqtisadi təsnifat üzrə dövlət büdcəsi xərclərinin icrasında ən böyük pay 5 milyard 436,0 milyon manatla qeyri-maliyyə aktivlərinin payına düşüb. Bu, proqnoza nisbətən 6,4% az icra deməkdir.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Hesabat dövründə ikinci ən böyük xərc istiqaməti 4 milyard 691,6 milyon manatla əməyin ödənişi olub ki, bu da proqnozu 14,7% üstələyib.
Digər istiqamətlər üzrə xərclərin icrası (mötərizədə proqnoza nisbətən icra vəziyyəti) aşağıdakı kimi olub:
Qrantlar və digər ödənişlər: 2 milyard 154,7 milyon manat (proqnoza qarşı 8,2% çox)
Malların (işlərin və xidmətin) satın alınması: 1 milyard 591,1 milyon manat (proqnoza qarşı 30% az)
Sosial ödənişlər: 1 milyard 500,2 milyon manat (proqnoza qarşı 6,3% çox)
Subsidiyalar: 617,7 milyon manat (proqnoza qarşı 10,8% çox)
Faizlər üzrə ödənişlər: 528,9 milyon manat (proqnoza qarşı 2,5% az)
Öhdəliklər üzrə əməliyyatlar: 498,5 milyon manat (proqnoza qarşı 8,8% çox)
Maliyyə aktivləri üzrə əməliyyatlar: 54,3 milyon manat (proqnoza qarşı 57,1% az)
Dövlət icbari şəxsi sığorta xərcləri: 22,5 milyon manat (proqnoza qarşı 5,6% çox)