2025-ci ilin birinci yarımilində dövlət büdcəsindən funksional təsnifatın bölmələri üzrə ən çox vəsait 3 milyard 850,1 milyon manatla müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilib.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Məlumata görə, müdafiə və milli təhlükəsizlik xərcləri proqnoza nisbətən 109,9% icra olunub. Digər sahələr üzrə xərclərin icra göstəriciləri isə (mötərizədə proqnoza nisbətən icra faizi) aşağıdakı kimi olub:
-
İqtisadi fəaliyyət: 2 milyard 716,9 milyon manat (77,7%)
-
Təhsil: 2 milyard 472,6 milyon manat (120%)
-
Sosial müdafiə və sosial təminat: 2 milyard 198,1 milyon manat (110,9%)
-
Ümumi dövlət xidmətləri: 2 milyard 163,7 milyon manat (98,6%)
-
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq: 1 milyard 285,5 milyon manat (96,5%)
-
Səhiyyə: 792,6 milyon manat (95,3%)
-
Kənd təsərrüfatı: 588,8 milyon manat (117,2%)
-
Əsas bölmələrə aid edilməyən xidmətlər: 571,7 milyon manat (72,5%)
-
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri: 244,2 milyon manat (94,1%)
-
Ətraf mühitin mühafizəsi: 122,9 milyon manat (71,1%)
-
Mənzil və kommunal təsərrüfatı: 88,5 milyon manat (57,4%)