“Artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin”.
FED.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bildirib.
Eləcə də bax: Nazirlər Kabineti büdcələri bəyəndi - PREZİDENTƏ TƏQDİM EDİLƏCƏK
S.Şərifov bildirib ki, cari ildə dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib: “ Nəticədə büdcədə müəyyən struktur dəyişikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb. İnvestisiya xərclərinin ümumi daxili məhsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti nəzərə alınaraq onu əvvəlki səviyyələrə çatdırmaq üçün tədbirlər görülür”.
Maliyyə naziri onu da vurğulayıb ki, görülən tədbirlər nəticəsində dövlət büdcəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir.
Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasını təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət büdcəsinin maliyyələşdirilməsinin təmin olunacağını vurğulayıb.
Report