Yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1 milyard 821 milyon manat, xərcləri 1 milyard 402,9 milyon manat olub.
Eləcə də bax: Azərbaycanın kimə nə qədər borcu olduğu – AÇIQLANDI – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ayın sonuna büdcə profisiti 418,1 milyon manat təşkil edib.
Qeyd edək ki, cəmi bir ay əvvəl – 2019-cu ilin sonunda büdcədə 205 milyon manat kəsir yaranmışdı. Başqa sözlə, yanvar ayında büdcə 623 milyon manat irəliləyib.
Bununla yanaşı, qeyd edək ki, ötən ilin yanvarı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 13,7% azalıb. Ötən ilin yanvarında büdgə gəlirləri 2 milyard 97 milyon manat təşkil etmişdi.
Büdcə xərcləri isə ötən ilin yanvarı ilə müqayisədə 9,9% artıb. Ötən ilin yanvarında büdcə xərcləri 1 milyard 269 milyon manat olmuşdu.
Nəticədə, ötən ilin yanvarında büdcə profisiti 828 milyon manat olmuşdu. Ötən illə müqayisədə büdcə profisiti təqribən 2 dəfə azalıb