2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizinin Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.
Eləcə də bax: Gömrük sədri: "Plandan 440 milyon manat artıq pul toplamışıq"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Faiq Orucov bildirib.
O qeyd edib ki, cari ildə Dövlət Neft Fondundan transfertlər və Dövlət Vergi Xidmətindən daxilolmalar da həmçinin dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir: “Dövlət Neft Fondu tərəfindən ayrılan transfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub”.