Dövlət Gömrük Komitəsi ötən il dövlət büdcəsi qarşısında öhdəliyinə 111,3 % əməl edib.
Eləcə də bax: Dövlət büdcəsinə gömrük daxilolmaları 10 faizə yaxın - ARTIB
FED.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 4 milyard 340,4 milyon manat vəsait köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 440,4 milyon manat çoxdur.
Xatırladaq ki, ötən il DGK-nın büdcə yükü 3,9 milyard manat olub. Bu il isə bu rəqəm 9,2% artırılaraq 4,26 milyard manata çatdırılıb.