Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Eləcə də bax: «Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
Eləcə də bax: Prezident “Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyi təsdiqlədi - FƏRMAN
FED.az xəbər verir ki, dəyişikliklə Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Hesablama Palatası sədrinin müavini 2800 manat, auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
XXX
Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.
Dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilsin.
Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.
XXX
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
XXX
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə Milli Məclis Sədrinin maaaşı 2475 manatdan 3550 manata qaldırılıb.
Dəyişikliyə əsasən, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.