Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin əvvəlindən bank sektoruna bir neçə istiqamətdə 1 milyard manatlıq likvidlik dəstəyi verib.
Eləcə də bax: Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının - İclası Keçirilib
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov qurumun İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclasında məlumat verib.
O, sahibkarlara pandemiya şəraitində dəstəyin artırılması istiqamətində AMB-nin banklara, bankların isə öz növbəsində sahibkarlara göstərdiyi köməyi vurğulayıb.
Baş bankirin sözlərinə görə, dövlət aşçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər nəticəsində bu dövrdə biznes kreditləri və ipoteka kreditləri artıb, istehlak kreditləri isə azalıb. İlin əvvəlindən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilən kreditlər üzrə requlyativ tələblər yumşaldılıb, istehlak kreditləşdirilməsinin daraldılması məqsədilə requlyativ tələblər sərtləşdirilib. Problemli bankların sektordan kənarlaşdırılması həyata keçirilib və həmin banklar üzrə əhalinin əmanətləri qaytarılıb. Pandemiyanın mənfi təsirlərinin minimallaşdırılması məqsədilə bir sıra prudensial normativlər yumşaldılıb, kapital buferlərinin artırılması və pandemiyadan təsirlənən iqtisadi subyektlərin kreditlərinin restrukturizasiyası ilə bağlı tövsiyyələr verilib. Bu günə qədər 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib. Kredit portfelinin restrukturizasiyası AMB-nin requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində AMB-nin təşviqi ilə banklar tərəfindən həssas əhali qrupuna müxtəlif aktivlər təqdim edilib. Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə AMB əlaqədar qurumlarla birgə layihəyə başlanıb. (Report)