Bu ilin yanvar-aprel aylarında Azərbaycanda verilmiş güzəştli kreditlərin 71 %-i regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşüb.
SİF: Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.
"2022-ci ildən işğaldan azad edilmiş ərazilərdə 7 sahibkarlıq subyekti üzrə 14 milyon manatdan çox güzəştli kredit ayrılıb. 2020-ci ildə Fonda daxil olan müraciətlərin 17 %-ə, 2021-ci ildə 15 %-nə, 2022-ci ildə 10 %-nə, 2023-cü ildə 2,8 %-nə imtina verilib. Həmin illərdə müvafiq olaraq 908, 1902, 2726 və 3276 layihəyə müsbət baxmışıq”, - deyə Fond sədri əlavə edib. (Apa)