Kredit-zəmanət və subsidiya mexanizmi çərçivəsində Şuşa şəhərində bir sahibkarlıq subyekti kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90%-ə qədər zəmanətlə təmin edilib.
Qarabağda işləyən sahibkarlar üçün – GÜZƏŞTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.
"Fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb", - deyə, əlavə edib.
O, bildirib ki, kredit-zəmanət və subsidiya mexanizminə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər:
"Kreditin faiz dərəcəsi maksimum 15 %-dir. Bunun 10 % bəndini Fond sahibkarın əvəzinə subsidiyalaşdırır". (Apa)