Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Eləcə də bax: Gürcüstan iqtisadiyyatı - 16% BÖYÜYÜB
FED.az xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə Zurabişvili bildirib. (Report)