Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın 5 bankına və 3 iş adamına qarşı sanksiya tətbiq edib.
Eləcə də bax: Almaniya "Simal axini-2" layihəsinə - "STOP" QOYUR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Boris Conson parlamentin aşağı palatasında Moskvanın “DXR” və “LXR”-i tanımasına cavab olaraq atılacaq addımlar barədə çıxış edərkən deyib.
Onun fikrincə, bu addımla Rusiya Ukraynaya tammiqyaslı hücum üçün bəhanə axtarır.
Sanksiyalar iş adamları, milyarderlər Qennadi Timçenko, İqor Rotenberq, Boris Rotenberqə sankiya tətbiq edilib. Sanksiyanın tətbiq edildiyi bamklar isə "Rossiayaz Bank", "IS Bank", "General Bank", "Promsvyazbank", "Qara Dəniz İnkişaf və Rekonstruksiya Bankı" ibarətdir.
Boris Conson qeyd edib ki, sanksiya tətbiq edilən banklar və şəxslərin Böyük Britaniyada saxladıqları hər hansı aktivlər dondurulacaq, aidiyyəti şəxslərə bura səyahət etmək qadağan ediləcək.
"Biz Böyük Britaniyanın bütün fiziki və qurumlarına onlarla hər hansı sövdələşmə etməyi qadağan edəcəyik. Bu, bizim etməyə hazır olduğumuz sanksiyaların ilkin mərhələsidir, vəziyyət daha da gərginləşərsə, ABŞ və Avropa İttifaqı ilə birlikdə tətbiq olunacaq əlavə sanksiyaları hazır vəziyyətdə saxlayacağıq",- deyə baş nazir parlamentdə çıxışı zamanı əlavə edib.