Almaniya Rusiyanın “DXR” və “LXR”-i rəsmi şəkildə tanıması ilə əlaqədar “Şimal axını-2” layihəsinin sertifikasiyasını dayandırır.
Eləcə də bax: Rusiyanın “Şimal axını-2” olmadığı təqdirdə nə edəcəyi - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts irlandiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz vəziyyəti yenidən qiymətləndirməliyik, xüsusilə də “Şimal axını-2” ilə əlaqədar. Bu texniki səslənir, amma bu, zəruri administrativ addımdır. Kəmərin sertifikasiyası olmayacaq və bu olmadan “Şimal axını-2” əməliyyata başlaya bilməz”, - deyə Şolts bildirib.
Kansler qeyd edib ki, iqtisadiyyat naziri Rusiyanın atdığı bu addımla əlaqədar sertifikasiya prosesini bir daha nəzərdən keçirəcək.
Şolts əlavə edib ki, Avropa İttifaqı ilk sanksiyalar paketini müzakirə edib və tezliklə birgə qərar qəbul ediləcək.