İngiltərənin “UHY” audit şirkətinin Azərbaycandakı törəm şirkətinin rəhbəri dəyişib.
Azərbaycanda da biznesi olan Türkiyə şirkətinin - BAŞ DİREKTORU DƏYİŞİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Təbriz Mirzəyev Şahin oğlu “UHY Audit” Məhdud Məsuliyyətli Cəmiyyətin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Haşım Əliyev Ramiz oğlunu əvəzləyib.
Xatırladaq ki, “UHY Audit” MMC audit və konsaltinq firmaları şəbəkəsi olan “UHY International”ın törəməsidir.
Şirkət 1986-cı ildə Londonda yaradılıb. “UHY” 100 ölkədə 300-dən çox əsas biznes mərkəzində ofisləri olan müstəqil audit və konsaltinq firmalarından biridir.