Türkiyənin "Coca Cola İçecek" şirkəti, Karim Yahinin 1 sentyabr 2023-cü il tarixindən etibarən şirkətin Baş Direktoru (CEO) vəzifəsinə təyin edildiyini açıqlayıb.
Azərbaycan bazarında da "Coca-Cola"nı təmsil edən şirkət 500 milyon dollarlıq - İSTİQRAZ BURAXIB
FED.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, hazırkı baş direktor Burak Başarır 1 sentyabr 2023-cü ilə qədər vəzifəsini davam etdirəcək və bu tarixdən etibarən Karim Yahi baş direktor vəzifəsini icra edəcək.
Eyni tarixdən etibarən, Başarır, "AG Anadolu Holding A.Ş" (Anadolu Qrupu) şirkətinin İdarə Heyətinin sədr müavini kimi yeni vəzifəsinə başlayacaq.
Qeyd edək ki, Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin "Coca-Cola İçecek" şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir.
CCI (Coca-Cola İçecek) - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız içkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir. (Marja)