“BOA AGENCY” ASC-nın səhmdarların ümumi yığıncağının 18.08.2023-cü il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) növbədənkənar iclası keçiriləcəkdir.
"BOA Agency" şirkətinin səhmlərinə 2 investor tərəfindən 2 sifariş - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “BOA AGENCY” ASC-nın nizamnamə kapitalının artırılması.
2. Digər məsələlər.
Qeyd edək ki, ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz.
“BOA Agentliyi” MMC 2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir.
“BOA Agency” ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).