Kriptovalyutalara artan institusional dəstəyin fonunda qlobal bazarlarda Bitkoin və digər əsas kriptovalyutalar cümə günü bahalaşıb.
Eləcə də bax: Azərbaycanda A4 kağızlar kəskin bahalaşıb - QITLİQ YARANA BİLƏR
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:15-də Bitkoinin kursu 44,963 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,43% çoxdur. Kriptovalyutanın qiyməti qısa müddət ərzində 45 min dolları ötüb, bu yanvar ayından bəri ilk dəfə qeydə alınıb.
Beynəlxalq analitikilkər Bitkoinin qiymətinin 45 min dollardan yuxarı kəskin qalxma ərəfəsində olduğunu vurğulayırlar. Mütəxəssislərin fikrincə, kursun möhkəmlənməsi fyuçers birjalarından kriptovalyutalara marağın artması ilə müşayiət olunur ki, bu da bazarın likvidliyini artıracaq (Trend).