30 iyun 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 920,2 milyon manata çatıb.
Eləcə də bax: 25 bankın vəziyyəti məlum oldu, 23 mənfəət, 2 zərər – BANKLARIN SİYAHISI – YENİLƏNİR
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında bankların aktivləri 9% artıb.
2022-ci ilin ikinci rübündə bankın aktivləri 5,7% və ya 2 milyard 247 milyon manat artıb.
İyunun sonuna bankların kredit portfeli 18 milyard 320 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 146 milyon manat (artım 3,5% - İF) təşkil edir.
Bankların öhdəlikləri 36 milyard 774,2 milyon manata (artım 9,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 281 milyon manat məbləğində (azalma 12%) qiymətləndirilir. Banklarda depozit portfeli 29 milyard 982,1 milyon manat (artım 11,3%), o cümlədən əhalinin əmanətləri 10 milyard 378,6 milyon manat (artım 14,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 400,8 milyon manat təşkil edib (2021-ci ilin birinci yarısı ilə müqayisədə artım 9,4% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 258 milyon manat (artım 24,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 36,3 milyon manat (artım 28,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 533,9 milyon manat məbləğində (artım 27,4%) olub.
Bankların faiz xərcləri 297,6 milyon manat (artım 13,3%), o cümlədən depozitlər üzrə 205,9 milyon manat (artım 19,1%), qeyri-faiz xərcləri 939,9 milyon manat (artım 28,6%) təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 616 milyon manat (artım 22,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 489,1 milyon manat (artım 14%), mənfəət vergisi üzrə ödənişlər 88,3 milyon manat məbləğində (artım 40,6%) qiymətləndirilir.
30 iyun 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 492 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,7%) və 96 şöbəsi (2021-ci ilin sonuna - 97) var.
Bank sektorunda 21,526 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,9% - İF) çalışır. (İnterfaks-Azərbaycan)