2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 376,2 milyon və ya ÜDM-in 18,9%-ni təşkil edib.
2023-cü ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyə balansı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 952,8 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin birinci rübündə profisit 14,6% azalıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, neft-qaz sektoru üzrə profisit $5 milyard 63,2 milyon (azalma 7,6%), qeyri-neft sektoru üzrə kəsir $1 milyard 687 milyon (artım 10,3%) təşkil edib.
2023-cü ilin birinci rübündə bir barel neftin orta qiyməti $85,2 (2022-ci ilin birinci rübündə - $86,5) təşkil edib.
Yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi $12,3 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $4,7 milyard (azalma 13,3%) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 12,1%-i MDB, 87,9%-i uzaq xarici ölkələrin payına düşüb.
$8 milyard 483,8 milyon həcmində ixracın (artım 4,4%) strukturunda neft-qaz ixracı $7,6 milyard (artım 2,3%), həmçinin, bilvasitə neft ixracı $4,2 milyard neft məhsullarının ixrac həcmi $0,2 milyard təşkil edib.
$3 milyard 763,1 milyon həcmində idxalın (artım 40,6%) strukturunda $1 milyard 538,1 milyon istehlak mallarının, o cümlədən $534,1 milyon ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $129 milyon (artım 3,4%) dəyərində (bütün idxalın 4,3%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricsindən +2,8 dəfə) və ya ÜDM-in 23,5%-i səviyyəsində təşkil edib. (İnterfaks-Azərbaycan)