Azərbaycanda bəzi ödənişlərin nağdsız qaydada keçirilməsi prosesi müəyyənləşir.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlərin həcmi - 3 DƏFƏYƏDƏK ARTIB
FED.az xəbər verir ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” qanunlara dəyişiklik təklif olunur.
Buraya tibb müəssisələri, o cümlədən özəl tibb müəssisələrində həyata keçirilən xidmətlərin haqqı daxildir.
Məbləğ 500 manatdan artıq olarsa, həmin ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, ümumi məbləği üç min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşu) ilə bağlı hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi təklif edilir.
Qeyd edək ki, qanun layihələri “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası məqsədilə hazırlanıb.
Bəhs olunan layihədə təklif olunan dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin edir.
Layihə Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 27-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. (Oxu.az)