Bu ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,685 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Bank kartlarının sayı 2 ayda 488 min ədəddən çox - ARTIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 2,6 dəfə artıb.
Nağdsız ödənişlərin 5 mln. manatı ATM-lər, 745 mlrd. manatı POS-terminallar, 1,936 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə 11,172 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib ki, bu da illik müqayisədə 82,7% çoxdur. (Apa)