Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" Dollar/Manat məzənnəsinin 2025-ci ilin sonunadək dəyişməyəcəyini proqnozlaşdırır.
Eləcə də bax: “S&P” Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində - TƏSDİQLƏYİB
FED.az agentliyə istinadən xəbər verir ki, məzənnənin qarşıdakı 3 ildə də 1,70 səviyyəsində qalacağı nəzərdə tutulur.
"Standard & Poor's" güman edir ki, Azərbaycan hakimiyyəti ABŞ dolları/manat məzənnəsini 1,70 manat səviyyəsində sabit saxlayacaq:
"Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, səlahiyyətlilər məzənnənin tənzimlənməsinə icazə verməyi nəzərdən keçirə bilər. Bu, 2015-ci ildə mərkəzi bankın yaşadığına bənzər xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək",- agentlik bildirib. (Marja)