2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7.4% artaraq 27.8 mlrd. ABŞ dolları ekvivalentində 4 olmuşdur.
Eləcə də bax: Ötən il manatın real effektiv məzənnəsi - 12,4% BAHALAŞIB
FED.az Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalına istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 86.4%-i ABŞ dollarında, 13.6%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.7%-i banklararası valyuta bazarında (BVB), 70.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir
İl ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 19.5 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 80.9%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2020-ci ilə nəzərən 21.5% azalaraq 4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
"Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir", - İcmalda qeyd edilib. (Marja)