2021-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşmış, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Eləcə də bax: “Neftin qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir”
FED.az xəbər verir ki, bu, Marja Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 22.4% ucuzlaşmışdır. 2020-ci ilin sonunda, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuz idi.
Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabət qabiliyyətinə, ixraca mənfi təsir edir. (Marja)