Fiziki şəxslərin cəmi əmanətləri 2021-ci ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 49,3 milyon manat artaraq 8 milyard 887,4 milyon manata yüksəlib.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən milli valyutadakı əmanətlər 58,3 milyon manat artaraq 5 milyard 43,4 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 9 milyon manat azalaraq 3 milyard 844 milyon manata düşüb.
Milli valyutadakı cəmi əmanətlərin məbləği ilk dəfə 5 milyard manat səviyyəsini keçib.
2021-ci ilin oktyabr ayının sonunda cəmi əmanətlərin 56,7%-i milli valyutada, 43,3%-i xarici valyutada olub. Ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,3% və 50,7% idi.
Ötən ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində cəmi əmanətlər 709,5 milyon manat artıb. O cümlədən, milli valyutadakı əmanətlər 1 milyard 16,3 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 306,8 milyon manat azalıb.
Əmanətləri 8 milyard 587,7 milyon manatı rezidentlərə, 299,7 milyon manatı qeyri-rezidentlərə məxsus olub.
Oktyabr ayının sonuna olan məlumata görə, 8 milyard 887,4 milyon manat cəmi əmanətlərin 6 milyard 603,1 milyon manatı və ya 74,3%-i qısamüddətli, 2 milyard 284,4 milyon manatı və ya 25,7%-i uzuanmüddətli əmanətlər olub. (Marja)