2020-ci ilin Noyabr ayında Azərbaycanın kredit təşkilatlarındakı ödəmə vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 83 milyon 607 min manat və ya 8,3% azalaraq 922 milyon 916 min manata düşüb.
Eləcə də bax: Azərbaycan manatının - Effektiv Məzənnələri Artıb
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, Oktyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 6 milyon 523 min manat, 2019-cu ilin sonunda isə 1 milyard 273 milyon 7 min manat təşkil etmişdi. Təxminən son 5 ildə ilk dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard manatdan aşağı düşüb. Sonuncu dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard manat səviyyəsindən aşağı 2014-cü ilin Dekabr ayında qeydə alınmışdı.
Problemli kreditlər cari ilin 11 ayı ərzində 350 milyon 151 min manat azalıb.
2020-ci ilin Noyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında (14 milyard 681 milyon 276 min manat) xüsusi çəkisi 6,3% təşkil edib. Oktyabr ayının sonunda bu nisbət 6,8%, 2019-cu ilin sonunda isə 8,3% idi.
Qeyd edək ki, Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında cəmi kredit qoyuluşları 104 milyon 664 min manat azalıb. (Marja)