Bu ilin dekabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.
Eləcə də bax: Azərbaycan manatının dövretmə sürəti - Artıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 4 bənd çox, ilin əvvəli ilə müqayisədə 4,2 bənd çoxdur.
Bu ilin dekabr ayının 1-nə manatın real effektiv məzənnəsi isə 102,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəli ilə müqayisədə 3,7 bənd çox, illik müqayisədə isə 3,6 bənd çoxdur. (Report)