Mərkəzi Bankın məlumatına görə, mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 493,7 milyon manat azalaraq 7 milyard 758 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bankları «kartlarını açdılar» - YENİ KAMPANİYALAR - SİYAHI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16 faiz azalıb.
May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,33 (2,46) manata bərabər olub.