"Azərbaycan əmanətlərin tam sığortalanması mexanizmi çərçivəsində 100 min manata qədər əmanətlərdən kənarda 1% qalacaq. Təxminən 3,4 mlrd. manatlıq əmanətlər 100 min manatdan yuxarıdır. Qalan hissəsi isə tam şəkildə sığortalanır".
Eləcə də bax: "Yeni sistemə keçəndən sonra qorunan əmanətlərdə 33% azalma baş verəcək"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
AMB-nin rəsmisi bildirib ki, bankların bağlanması prosesi çox effektli təşkil olunmuşdu: "Əmanətlərin Sığortalanması Fondunun yeni rəhbərliyi tərəfindən olduqca böyük işlər görüldü". (Apa)