"Azərbaycan banklarında hazırda 7,4 mlrd. manat əmanət var, təxminən 6,4 mlrd. manat qorunan əmanətimiz var. Yeni sistemə keçəndən sonra təxminən 3,9 mlrd. manat əmanət qorunacaq. Yəni 33% azalma baş verəcək".
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın sədri bildirib ki, limitli əmanət hər zaman var olub: "Bu tam şəkildə kiçik və orta əmanətlərin qorunmasına yönəlib. Qorunmayan əmanətlərin əmanətçiləri isə kifayət qədər sayı azdır. Bunlar isə kifayət qədər peşəkar əmanətçilərdir. 100 min məbləği əhali üçün kifayət qədər uyğun rəqəmdir". (Apa)