Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Bu da faiz kanalının işlədiyini göstərir.
2024- cü ilin sentyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7.29% təşkil etməklə dəhliz daxilində formalaşıb. Son aylarda 1D AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spredin azalması müşahidə edilib. Belə ki, spred sentyabr ayında cəmi 0.04% olub.