Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri artıb.
Eləcə də bax: Azərbaycanda bank əmanətlərində dolların payı - 8 İLDƏ ƏN AŞAĞI HƏDDƏ
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar 2022-ci ilin yanvar ayında 33,1 milyon manatlıq depozit faizləri ödəyiblər. Bu məbləğ 2021-ci ilin yanvar ayında 27,6 milyon manat təşkil etmişdi.
Bankların depozit faizləri üzrə xərcləri 2020-ci ildə 312,9 milyon manat, 2021-ci il əzrində isə 362,3 milyon manat təşkil edib. (Marja)