Bu ilin yanvarın 31-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 635,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 17,5% çoxdur.
Eləcə də bax: Azərbaycan əhalisinin bank əmanətləri ilin əvvəlindən - 4,3% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, əmanətlərin 39,3%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 1,7 faiz bəndi, illik müqayisədə isə 11,4 faiz bəndir azdır.
Qeyd edək ki, əmanətlərinin dollarlaşma səviyyəsi 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib.