Azərbaycanda bank sektoru 2021-ci ilin ilk ayında biznes kreditlərinin həcmini azaldıb, istehlakı artırıb.
Eləcə də bax: Azərbaycanda 500 milyon manata yaxın biznes krediti üçün müraciət olunub - Nazirlik
FED.az xəbər verir ki, bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Banklar 1 fevral tarixinə müştərilərə verdiyi kreditlərin portfeli 14 milyard 213.8 milyon manat təşkil edib. Bu da yanvar ayı ərzində 56 milyon və ya 0.4% artım deməkdir.
Lakin, artım kredit bölgüsündə müxtəlif istiqamətdə gedib. Biznes kreditlərinin həcmi yanvar ayı ərzində 21.6 milyon, yaxud, 0.25% azalaraq 8 milyard 456.7 manata düşdüyü halda, istehlak kreditlərinin həcmi 24.6 milyon manat (1.13%) artımla 3 milyard 661.2 milyon manata, 37 milyon manat (1.83%) artımla 2 milyard 54.5 milyon manata qədər yüksəlmişdir.
Qeyd edək ki, biznes kreditləri dedikdə fiziki şəxs sahibkarlara verilmiş kreditlər həmçinin təyinata uyğun olaraq biznes kreditləri kimi tənsifləşdirilir.