Azərbaycanda real sektora yatırılan sərmayə iqtisadi inkişafın ilkin göstəricisi hesab olunur. FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, real sektora kreditlərin həcmi 2015-ci ildən başlayaraq düşür və yalnız bu ilin martında cüzi artım dinamikası izlənib.
Eləcə də bax: 13 bank avto kreditləri bərpa edib - SİYAHI
Göstəricilərə əsasən, real sektora kredit qoyuluşları 2015-ci ilin sonunda 21 milyard təşkil edirdi. 2018-ci ilin birinci rübünün sonuna olan göstəricilərə görə, bankların portfeli 2 dəfəyə yaxın kiçilərək 11 milyarda düşüb. Ən böyük azalma tikinti sektoruna verilən kreditlərdədir. Bu sektora kredit qoyuluşları 3 milyard manatdan 529 milyon manata düşüb. Bu isə 5,7 dəfəlik azalma deməkdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi 2 dəfə yaxın azalıb və 2015-ci ildə 8 milyard olduğu halda 2018-ci ilin birinci rübündə 4 milyarda enib. Düşmə tendensiyanın nəzərə çarpdığı sahələrə sənaye və istehsal sektoru, həmçinin ticarət və xidmət sektoru da daxildir.
Eləcə də bax : Pulunu depozit qutusuna etibar edənlər üçün – SİYAHI+QİYMƏTLƏR
Kreditləşmədə yeganə aktivlik isə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlərdə müşahidə edilir. 2015-ci ilin yekununda bu məqsədlə banklar 1 milyard 542 milyon manat dəyərində kredit veriblərsə, 2016,2017-ci illər üzrə artım dinamikası izlənir və bu ilin 1-ci rübündə göstərici 1 milyard 777 milyon manata yüksəlib.
Eyni zamanda faktorinq xidməti üzrə bankların kredit ayırmaları da artır. Bu kredit növünün yeni və bir neçə bankda mövcud olmasına baxmayaraq portfel ötən 2 il 3 ayda 5 milyondan 17 milyona çatıb.
Ümumi tendensiya isə cədvəldəki kimidir, milyon manatla
Sektorlar |
2015 |
2016 |
2017 |
2018-ci il birinci rüb |
Kredit qoyuluşları, cəmi |
21 730.4 |
16 444.6 |
11 757.8 |
11 663.5 |
Ticarət və xidmət sektoru |
3 158.0 |
2 467.0 |
2 069.2 |
2 003.5 |
Energetika, kimya və təbii ehtiyatlar sektoru |
316.5 |
596.2 |
315.5 |
311.7 |
Kənd təsərrüfatı və emal |
508.1 |
441.3 |
429.2 |
451.2 |
İnşaat və əmlak |
3063.2 |
1 908.6 |
546.2 |
529.4 |
Sənaye və istehsal sektoru |
1 948.3 |
1 265.6 |
621.2 |
654.1 |
Nəqliyyat və rabitə |
1 465.6 |
1 271.1 |
1 126.7 |
992.9 |
Ev təsərrüfatlarına |
8 383.6 |
5 858.7 |
4 606.5 |
4 635.1 |
o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) |
1 542.4 |
1 703.5 |
1 737.3 |
1 777.9 |
İctimai təşkilatlara verilmiş kreditlər |
14.6 |
25.6 |
54.4 |
10.0 |
Hökumət idarələrinə |
0.5 |
0.9 |
1.1 |
1.0 |
Digər sektorlar |
259.4 |
198.1 |
146.8 |
148.6 |
Akkreditivlər üzrə |
934.6 |
837.3 |
185.0 |
178.3 |
Zəmanətlər üzrə |
134.8 |
82.3 |
0.5 0 |
0.6 0 |
Faktorinq əməliyyatları |
5.5 |
7.0 |
9.1 |
17.0 |
Overdraft |
29.1 |
12.3 |
19.7 |
19.9 |
İlhamə Abdullayeva