Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlayıb.
Kredit faizləri azaldıla bilər? - Deputat AÇIQLADI
FED.az xəbər verir ki, bankın press-relizində bildirilir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2023-cü ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpmışdır.
Banklar 2023-cü ilin II rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2023-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə bu linkdən tanış olmaq olar.