FED.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov kredit faizlərinin yüksək olma səbəbləri, istehlakçılara təsiri, kredit faizlərinin azalma yolları mövzusunda sualları cavablandırıb.
Baş Bankirlə deputatların kredit faiz rəqəmləri üs-üstə düşmədi - VİDEO
"Yüksək kredit faizləri həm biznesin, həm də kredit götürən istehlakçının xərclərinin artmasına gətirib çıxarır. Bu baxımdan kredit faizlərinin azaldılması istiqamətində daha sistemli fəaliyyətlərin həyata keçirilməsi olduqca vacibdir. Hələlik bu istiqamətdə atılan addımlar ciddi faiz azalmalarına gətirib çıxarmayıb. Gözlənti ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə sistemli fəaliyyətlərin genişləndirilməsi, xüsusən də 2023-cü ilin sonu, 2024-cü ildə kredit faizlərində o cümlədən istehlak kreditlərinin faizlərində azalmaların müşahidə olunmasına gətririb çıxara bilər". (Trend)