Ötən il bank və sığorta sektoru tərəfindən 613 milyon manat dividend ödənilib.
Azərbaycanda dövlət müəssisələri mənfəətindən dividend ödəməyə gələn ildən başlayacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
"Ötən il Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib. Sığorta şirkətləri isə 133 milyon manat olub. Sığorta şirkətlərinin dividend ödənişi 70-80% təşkil edir", - deyə o, əlavə edib.













