Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin azı 30 %-ni dividend kimi dövlət büdcəsinə ödəməsi cari ildən başlayaraq proqnozlaşdırılacaq və 2027-ci ildən həyata keçiriləcək.
Dövlət şirkətlərinin gəlir-xərcləri nəzarətə götürülür – AZI 30% DİVİDEND ÖDƏNİLMƏLİDİR – RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydaları təsdiqləyib. Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətin bölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Qaydalar səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.










