Bank sektorun xarici borcu azalmaqda davam edir.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Maliyyə sabitliyi hesabatı – 2021” hesabatında bildirilir.
Qeyd edilib ki, 2017-2020-ci illər ərzində bankların xarici borcu 2 dəfədən çox, il ərzində isə 14.3% (63 mln. ABŞ dolları) azalaraq 383 mln. ABŞ dolları təşkil etmişdir .
Öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.9% olmuşdur.
Banklar tərəfindən cəlb olunmuş xarici borc ödənişlərinin yalnız 27%-i növbəti 1 ilin payına düşür. (Marja)