Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq iqtisadi təhlil imkanlarının artırılması və iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə ictimaiyyətin, o cümlədən aparıcı hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir.
Eləcə də bax: Azərbaycanda banklar pulu ən çox kredit faizi və komissiya haqlarından – QAZANIRLAR
FED.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin, sorğuların nəticələri geniş auditoriyaya təqdim olunur.
2022-ci ilin birinci rübündən etibarən Mərkəzi Bank tərəfindən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanmış və sorğu nəticələri Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.
Sorğu nəticələrinə əsasən cari ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Standartların yumşaldılmasına təkan verən faktor kimi əsasən bank sektorunda rəqabət çıxış etmişdir. Banklar 2022-ci ilin III rübündə də kredit siyasətinin yumşaldılması və xarici valyutada biznes kreditləri istisna olmaqla bütün kredit növləri üzrə tələbin artmasını proqnozlaşdırmışdır. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2022-ci ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar: Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri