Azərbaycan banklarının ən böyük gəlir maddələri məlum olub.
FED.az xəbər verir ki, ölkə banklarının əsas gəlir mənbələri kredit faizləri, komissiya haqları və valyuta əməliyyatlarıdır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında ölkə banklarının ümumi gəlirləri 1 milyard 792 milyon maat təşkil edib.
FED.az-ın araşdırmasına görə, gəlirlərin böyük hissəsi – 1 milyard 37 milyon manat və ya 58%-i kredit portfelindən daxil olan faiz gəlirləri təşkil edib.
Gəlirlərdə həcminə görə ikinci yeri komissiya haqları tutur – 388 milyon manat və ya ümumi gəlirlərin 21,6%-i bu sahədən daxil olub.
Bankların növbəti əsas gəlir maddəsi valyuta ilə əməliyyatlar, o cümlədən valyuta mübadiləsi əməliyyatları olub.
İlk yarım ildə ölkə bankları bu sahədən 140,3 milyon manat gəlir lədə ediblər, bu – bank sektorunun bütün gəlirlərinin 7,8%-ni təşkil edir.
Ölkənin qiymətli kağızlar bazarının ən böyük investorları bank sektoru olduğuna görə, bu sahədən gələn gəlirlər də bankların ümumi gəlirlərində ciddi paya malikdir. İlk 6 ayda bank sektoru qiymətli kağızlara yatırımlardan 129,3 milyon manat əldəedib – ümumi gəlirlərin 7,2%-i.
Bankların digər banklarda yerləşdirdiyi depozitlər üzrə gəlirləri 56,6 milyon manat, digər banklara və maliyyə təşkilatlara verilən kreditlər üzrə gəlirləri 153 milyon manat olub.
Təqribən 60 milyon manat və ya ümumi gəlirlərin 3,3%-i isə digər faiz və qeyri-faiz gəlrlərindən formalaşıb.