2022-ci il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 638.6 mln. manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həmin ilin əvvəlinə olan göstəricidən 11,8 % çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşları 22,5% artıb. (Apa)